Rusel caviar

Xəzər dənizinin qara incisi” Osetra balığı Xəzər dənizinin unikal, qiymətli və spesifik balıq növlərindən biridir, və onun kürü dünya miqyasında yüksək qiymətləndirilir. Bu balığın mühafizəsi və davamlı istifadəsi ekosistemin sağlamlığını qorumaq üçün vacibdir.

“Rusel Caviar” balıq və kürü istehsalı müəssisəsi ölkənin əsas sənaye şəhərlərindən biri, “Nur Şəhəri” kimi tanınan Mingəçevirdə yerləşir. Bu şəhərin Qafqazın ən böyük su anbarının sahilində mövqe tutması onun inkişafına müstəsna təsir göstərir.
Kürü istehsalında istifadə olunan balıqların təmiz və sağlam mənbələrdən seçilməsi vacibdir. Keyfiyyətli kürünün əldə edilməsi üçün balıqların təbii mühitdən tutulması və ya davamlı balıqçılıq praktikalarına uyğun yetişdirilməsi önəmlidir. “Rusel Caviar” kürü istehsalı müəssisəsi son texnologiyaların tətbiqi yüksək keyfiyyəti və zərif dadı ilə seçilən məhsulun əldə edilməsinə təminat verir. Avtomatlaşdırılmış avadanlıqlar, vaxtaşırı və dəqiq nəzarət sistemi kürü istehsalında əhəmiyyətli hesab olunan parametrlərin yaxından izlənməsinə şərait yaradır. Bütün bunlar Azərbaycan kürüsünün premium adını qoruyan brendin dünya bazarında rəqabətdə önə çıxmasına xidmət edir
Ziyafətlərin, dəbdəbəli süfrələrin əvəzedilməz neməti olan hər “Rusel Caviar” kürü qablaşdırmasının arxasında isə, heç şübhəsiz, zəngin biliyə və təcrübəyə malik mütəxəssislərimizin imzası dayanır. İstehsal prosesinin bütün mərhələləri beynəlxalq sertifikasiyalardan keçmiş peşəkarların, qida mühəndisi və ixtioloqların nəzarəti altında həyata keçirilir.

Kürü istehsalı prosesində diqqət etdiyimiz və xüsusi həssaslıqla yanaşdığımız əsas məqamlardan biri də ətraf mühitə qayğı ilə yanaşmağımızdır. Təbiətdə tarazlığın qorunması və ətraf mühitə müsbət təsir üçün addımların atılması başlıca məqsədlərimizdəndir.
Nərə balıqlarının xüsusi qayğı ilə yetişdirilməsindən tutmuş son məhsulun əldə olunmasına qədər istehsal prosesinin bütün mərhələlərinin şirkətimiz tərəfindən həyata keçirilməsi premium keyfiyyəti şərtləndirən amillərdəndir.

“Rusel Caviar” kürü istehsalı müəssisəsində nərə cinsli balıq növləri yetişdirilir və onlardan kürü əldə edilir.

Osetra - Bu balıq, nərə balığı ailəsinə aiddir və Xəzər dənizinin xüsusi ekosistemində yaşayır.