Kürü necə servis edilir?

Kürünün təqdimatında sadəlik əsasdır. Zərif dadını  qorumaq üçün sədəf və ya sümük kimi qeyri-metal qablardan istifadə edilməlidir.

Kürü soyuducudan çıxarıldıqdan sonra öz sərinliyini saxlamalıdır. Buna görə içərisində buz olan qabda vəya buz yatağında təqdim edilməlidir. Kürüdən ləzzət almağın sadə və ənənəvi yolu üzərinə kərə yağı çəkilmiş qızardılmış çörəkdir.