Müxtəlif kürü növləri

“Rusel Caviar” kürü istehsalı müəssisəsində nərə cinsli balıq növləri yetişdirilir və onlardan kürü əldə edilir.

Kür nərəsi (Osetra Acipenser Persicus) kürüsü:

Heç bir digər kürü növlərinə bənzəməyən dadı, göz oxşayan mirvarini xatırladan görünüşü ilə incə ləzzət dünyasına unudulmaz səyahət vəd edir. Kür nərəsi kürüsü zərif teksturuna görə bütün dünya üzrə ən çox axtarılan premium delikateslərdən sayılır.

Rus nərəsi (Osetra Acipenser Gueldenstaedtii) kürüsü:

“Rusel Caviar” Rus nərəsi kürüsü olduğu hər bir süfrəni, ziyafəti təklikdə yaddaqalan hadisəyə çevirmək möhtəşəmliyinə malikdir.

Bölgə (Beluga Huso huso) kürüsü:

Əsl zəriflik nümunəsi olan bu kürü dənələri inanılmaz dərəcədə hamarlığı ilə damaqda əriməklə özündən sonra özünəməxsus nüanslı ləzzət buraxır.